Avropa Komissiyasının vitse-prezidenti Ukraynanın Aİ namizədliyi barədə: “Yox” deyə bilmərik”backend

Avropa Komissiyasının vitse-prezidenti Ukraynanın Aİ namizədliyi barədə: “Yox” deyə bilmərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizədlik statusunun verilməsinin tərəfdarıdır.

Bu barədə “Kurier” məlumat verib.

“Ukraynalılar bizim Avropa dəyərlərimizi müdafiə edirlər. Bunu nəzərə alsaq, Aİ-yə daxil olmaq istəmələrinə “yox” deyə bilmərik”, – deyə Timmermans bildirib.

O qeyd edib ki, indi bununla bağlı dəqiq tarix demək mümkün deyil. Eyni zamanda bəzi ölkələrin müharibədən əziyyət çəkən ölkənin ittifaqa çox tez qəbul olunması ilə bağlı “narahatlıqlarını gözəl anladığını” da əlavə edib.

Cümə günü Avropa Komissiyası Ukraynaya Aİ-yə namizədlik statusunun verilib-verilməməsi barədə qərar verməlidir. “Biz əmin olmalıyıq ki, Putin müharibədə qalib gəlməyəcək”, – deyə F.Timmermans qeyd edib.