Avropa liderləri Kiyevə toplaşırbackend

Avropa liderləri Kiyevə toplaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-də səhər saatlarında Latviya prezidenti Edqars Rinkeviçs, Litva prezidenti Gitanas Nauseda, Estoniyanın baş naziri Kristen Mixal, İspaniyanın baş naziri Pedro Sançes və Kanadanın baş naziri Castin Trüdo Kiyevə gəliblər.

Editor.az bildirir ki, bu barədə “Suspilne” məlumat yayıb. Ukraynadan Qərb liderlərinin olduğu qatarı Prezident Aparatının rəhbəri Andriy Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıbiha, eləcə də “Ukrzaliznitsa” rəhbərliyi qarşılayıb.

Nauseda Kiyevə səfəri haqqında sosial şəbəkədə yazıb: “Mən Kiyevə yeni gəlmişəm. Rusiyanın amansız, genişmiqyaslı hərbi işğalının başlamasından düz üç il keçir. Ukrayna və onun xalqı saysız-hesabsız çətinliklərə dözüb, lakin qürurlu və əyilməz olaraq qalır. Mən şadam və qürur duyuram ki, Litva bütün bu illər ərzində biz bunu dəstəkləyib”.

//Samir Qurbanov, Editor.az