Qərb liderləri Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatı dəstəkləyir və Ukraynanın özünümüdafiə hüququna malik olduğunu bəyan edir.
“The Telegraph” yazır ki, Finlandiyanın Baş naziri Petteri Orpo Ukraynanın əks-hücum əməliyyatına qeyd-şərtsiz dəstək verdiyini açıqlayıb: “Ukraynanın özünümüdafiə hüququ var və aydındır ki, onlar Kursk vilayətində əməliyyat keçirə bilərlər”, – Orpo deyib.
Estoniyanın baş naziri Kristen Mixal də Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini müsbət qiymətləndirib: “Biz Ukraynanı müxtəlif əməliyyatlarında tam dəstəkləyirik və şəxsən mən onlara uğurlar arzulayıram”, – o vurğulayıb. Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün Twitter səhifəsində qeyd edib ki, beynəlxalq hüquq Ukraynaya hətta təcavüzkarın ərazisində belə özünü müdafiə etməyə imkan verir: “Rusiyanın 2014-cü ildən bəri Ukraynaya qarşı təcavüzü milyonlarla günahsız insanın həyatını məhv edib.
Əgər biz “ədəlatli dünya”nın illüziyasını deyil, onun özünü istəyiriksə, həll yolu bütün orduların beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıtdığı bir vəziyyətdir”, – o yazıb.
//Samir Qurbanov, Editor.az