Avropa Liqası: “Qarabağ” 1/8 final mərhələsində rəqibi BİLİNDİbackend

Avropa Liqası: “Qarabağ” 1/8 final mərhələsində rəqibi BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Mərasim İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma zamanı Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşib.

Belə ki, ağdamlılar bu mərhələdə “Bayer” (Almaniya) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “köhlən atlar” ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.