Avropa Liqasında 1/8 finalçılar bəlli oldubackend

Avropa Liqasında 1/8 finalçılar bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

Editor.az futbolinfo.az-a istinadən xəbər verir ki, qarşılaşmalardan biri ötən gün keçirildiyindən, bu gün 1/8 finala qalan son 15 vəsiqənin sahibi müəyyənləşib.

İlk gündə “Tottenhem” İngiltərədə Avstriyanın “Volfsberger” komandasını 4:0 hesabı ilə məğlub etmişdi. İlk oyunda da 4:1 qalib gəlmiş London klubu ilk 1/8 finalçı olmuşdu.

“Qarabağ”ın yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş “Vilyarreal” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi “Zalsburq”la bu dəfə doğma meydanda üz-üzə gəlib və yenə qalib gələrək növbəti mərhələyə yüksəlib. “Makkabi” (Təl-Əviv) isə Ukraynada “Şaxtyor”la münasibətlərinə aydınlıq gətirib. Donetsk klubu bu oyundan da qalib ayrılıb və sürprizə imkan verməyib.

İlk qarşılaşmada heç-heçəyə razılaşan London “Arsenal”ı ilə “Benfika” pandemiya səbəbindən cavab matçını Yunanıstanda keçirib. İngiltərə təmsilçisi çətin qələbə sayəsində 1/8 finala yüksəlib. “Milan” evdə “Srvena Zvezda”yla, “Mançeter Yunayted” isə “Real Sosyedad”la qarşılaşıb. İtaliya və İngiltərə nəhəngləri növbəti mərhələyə vəsiqə qazanan tərəf olub.

Avropa Liqası
1/16 finalın cavab oyunları
25 fevral

“Ayaks” (Niderland) – “Lill” (Fransa) 2:1 (ilk oyun – 2:1)
Qol: Klaassen, 15. Neres, 88 – Y.Yazıçı, 78-pen.

“Şaxtyor (Donetsk, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:0 (2:0)
Qol: Moraes, 67-pen.

“Napoli” (İtaliya) – “Qranada” (İspaniya) 2:1 (0:2)
Qol: Zelinski, 3. F.Ruis, 59 – Montoro, 25.

“Hoffenhaym” (Almaniya) – “Molde” (Norveç) 0:2 (3:3)
Qol: Andersen, 20; 90+5.

“Vilyarreal” (İspaniya) – “Zalsburq” (Avstriya) 2:1 (2:0)
Qol: Moreno, 40; 89-pen – Berişa, 17.

“Reyncers” (Şotlandiya) – “Antverpen” (Beçlika) 5:2 (4:3)
Qol: Morelos, 9. Patterson, 46. Kent, 55. Barişiç, 79-pen. İtten, 90+2-pen – Refaelov, 32. Lamkel, 57.

“Arsenal” (İngiltərə) – “Benfika” (Portuqaliya) 3:2 (1:1)
Qol: Obameyanq, 21; 87. Tirni, 67 – Qonçalves, 43. R.Silva, 61.

“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna) 0:1 (1:1)
Qol: Buyalski, 83.

PSV (Niderland) – “Olimpiakos (Yunanıstan) 2:1 (2:4)
Qol: Zahavi, 23; 44 – Koka, 88.

“Bayer” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) 0:2 (3:4)
Qol: Siboçu, 48. Fassnaxt, 86.

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Krasnodar” (Rusiya) 1:0 (3:2)
Qol: Orsiç, 35.

“Roma” (İtaliya) – “Braqa” (Portuqaliya) 3:1 (2:0)
Qol: Dzeko, 24. L.Peres, 75. Mayoral, 90+1 – Kristante, 88-öz qapısına.

“Lester Siti” (İngiltərə) – “Slaviya” (Çexiya) 0:2 (0:0).
Qol: Provod, 49. Sima, 79.

“Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) 1:1 (2:2)
Qol: Kessye, 9-pen – Ben, 24.

“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) 0:0 (4:0)

Loading...