Avropa ölkələri ABŞ-dan silah almaq üçün 500 milyon dollar ayırdı – kim nə qədər vəsait verdi?backend

Avropa ölkələri ABŞ-dan silah almaq üçün 500 milyon dollar ayırdı – kim nə qədər vəsait verdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın bir neçə ölkəsi ABŞ-dan Ukrayna üçün silah tədarükünü maliyyələşdirmək məqsədilə 500 milyon dollar həcmində yeni paket formalaşdırıb. Bu vəsait NATO-nun Prioritet Ukrayna Tələbləri Siyahısı (PURL) mexanizmi çərçivəsində ayrılıb.

Niderland, İsveç, Norveç və Danimarka bu təşəbbüsə maliyyə dəstəyi göstərən əsas ölkələr olub.

🔹 Niderland bu prosesə qoşulan ilk ölkə kimi, ABŞ-dan silah alınması üçün 500 milyon avro (təxminən 578 milyon dollar) ayırıb. Paketə “Patriot” hava hücumundan müdafiə sistemləri və digər silahlar daxildir.

🔹 İsveç, Norveç və Danimarka isə birgə paket şəklində 500 milyon dollar ayırıb. Bu məbləğ aşağıdakı kimi bölünüb:

İsveç – 275 milyon dollar

Norveç – 146 milyon dollar

Danimarka – 90 milyon dollar

Bu vəsait əsasən ABŞ silahlarının alınması və Ukraynaya çatdırılması üçün istifadə olunacaq. NATO vasitəsilə həyata keçirilən bu yeni mexanizm Ukraynaya silah tədarükünün daha koordinasiyalı və davamlı şəkildə təşkilini nəzərdə tutur.

Qeyd edək ki, bu addım ABŞ və Avropa arasında Ukraynaya dəstək məsələsində daha sıx əməkdaşlığın nümunəsi kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az