Avropa ölkələri müharibəyə hazırlaşırbackend

Avropa ölkələri müharibəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç daha doqquz Avropa ölkəsi ilə birlikdə Baltik dənizi bölgəsində və Şimali Avropada mülki şəxslərin qorunması ilə bağlı əməkdaşlıq memorandumu imzalayıb.

Bunu İsveç Müdafiə Nazirliyi açıqlayıb. Sənəd böyük bir böhran və ya müharibə halında insanların sərhədlərdən potensial müvəqqəti hərəkətinə hazırlıq işlərini nəzərdə tutur. Söhbət Danimarka, Estoniya, Finlandiya, Almaniya, İslandiya, Latviya, Litva, Norveç və Polşadan gedir. Sazişin bir hissəsi olaraq, ölkələr mülki şəxslərin quru sərhədlərindən təxliyəsinin necə təşkil ediləcəyini planlaşdıracaqlar. Planlaşdırmaya nəqliyyat, sərhəd nəzarəti, təxliyə dəhlizlərinin yaradılması və insanların qəbulu və qeydiyyatı məsələləri daxil olacaq. Həssas qrupların qorunmasına xüsusi diqqət yetiriləcək.

İsveç Müdafiə Nazirliyi qeyd edib ki, təcavüzkar Rusiyanın Ukraynaya qarşı müharibənin təcrübəsi hərbi əməliyyatlar zamanı müvəqqəti əhali köçürülməsinin vacibliyini nümayiş etdirir. Nazirliyin məlumatına görə, bu cür tədbirlər ölkəyə mülki şəxslərin təhlükəsizliyini təmin edərkən müdafiəsini davam etdirməyə imkan verir. Mülki Müdafiə naziri Karl-Oskar Bolin bildirib ki, “Biz NATO üzvləri və qonşularıq, təhlükəsizlik baxımından bir-birimizdən qarşılıqlı asılıyıq. Bu memorandum bölgəmizdə əməkdaşlığı daha da dərinləşdirmək və ortaq hazırlığımızı gücləndirmək istəyimizi əks etdirir”.

//Samir Qurbanov, Editor.az