Avropa ölkələri vətəndaşları hələ də Rusiyaya işgüzar və turist səfərlərinə maraq göstərirlərbackend

Avropa ölkələri vətəndaşları hələ də Rusiyaya işgüzar və turist səfərlərinə maraq göstərirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri vətəndaşlarının hələ də Rusiyaya işgüzar və turist səfərlərinə maraq göstərirlər.

Editor.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Federasiya Şurasının dövlət suverenliyinin müdafiəsi komissiyasının rəhbəri Andrey Klimov bildirib.

Klimovun sözlərinə görə, 2023-cü ilin ilk üç ayında Rusiyanın Avropa ölkələrindəki diplomatik nümayəndəlikləri 48,5 min viza verib ki, onlardan 27,6 mini turist, 8,2 mini isə kommersiya xarakterlidir.

Klimov bildirib ki, Avropadan Rusiyaya turist axınının daha da artması birbaşa nəqliyyat logistikasının bərpasından asılı olacaq.

Qeyd edək ki, 2022-ci ildə Rusiyadan Avropa ölkələrinə turist axınının 90% azaldığı bildirilirdi.

//Gülnarə Abasova, Editor.az