Avropa ölkələrində Fələstinə dəstək etirazlarının keçirilməsi məhdudlaşdırılırbackend

Avropa ölkələrində Fələstinə dəstək etirazlarının keçirilməsi məhdudlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra Avropa ölkələrində hökumət İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi fonunda başlayan Fələstinə dəstək etirazlarına qadağa qoyub.

Editor.az bildirir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb. Hazırda Avropanın bir sıra iri şəhərlərində Fələstinə dəstək məqsədilə küçə yürüşləri keçirilir. Xüsusən də London, Paris və Berlində həmrəylik mitinqləri çoxalıb. Polis qrupları nümayişçiləri diqqətlə izləyir. Razılaşdırılmamış hərəkətlər və marşrutu tərk etmək həbslə cəzalandırılır.

Bəzi yerlərdə polisin gözyaşardıcı qazdan istifadə etdiyi də qeyd edilir. Məsələn, Londonda İsrail səfirliyi yaxınlığında mitinq təşkil etməyə cəhd edən 15 nümayişçi həbs edilib. Fransada fəallar bir neçə şəhərdə aksiya keçirməyi planlaşdırıblar. Bir gün əvvəl Fransa hökuməti Fələstin tərəfdarı olan ictimai nümayişləri qadağan edən bir sərəncam verib və belə hadisələrin bütün iştirakçılarının həbs ediləcəyi barədə xəbərdarlıq edib. Hökumətin qadağasına baxmayaraq, Parisdə həmrəylik aksiyası keçirilib. İştirakçılar polis tərəfindən bibər qazı və güclü su təzyiqi ilə dağıdılıb. Qeyd olunur ki, İsrailyönlü hərəkətlər Fransa hökuməti tərəfindən qadağan edilməyib. Berlin və Frankfurtda Fələstin vətəndaşlarına dəstək üçün toplaşan nümayişçilər də polis tərəfindən saxlanılıb. Ümumilikdə yüzə yaxın vətəndaş həbs edilib.

//Samir Qurbanov, Editor.az