“Avropa ölkələrinin qaza olan təlabatının ödənilməsində Azərbaycanın rolunun artması onlarla əməkdaşlığımıza da yeni töhfələr qazandırır”- ŞƏRHbackend

“Avropanın qaza olan təlabatının ödənilməsində Azərbaycanın rolunun artması əməkdaşlığımıza da yeni töhfələr qazandırır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan qazına olan ehtiyac günü gündən çoxalır. Əsasən də Avropa ölkələrinin qaza olan təlabatının ödənilməsində Azərbaycanın rolunun artması Avropa ilə əməkdaşlığımıza da yeni töhfələr qazandırır. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir”. Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində Albaniyanın önəmini xüsusilə vurğulamaq lazımdır. Bu gün də bu ölkə TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı da qeyd etdiyi kimi Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Ancaq biz bu tərəfdaşlıq coğrafiyamızı daha da genişləndirə bilərik. Çünki Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bu bir həqiqətdir ki, qarşımıza qoyduğumuz bütün planlar reallaşdırılır. Biz təkcə ötən ilin göstəricilərinə baxsaq bunu görə bilərik. Azərbaycan artıq neft-qaz ölkəsi kimi dünyada özünü tam təsdiqlədib. Baxmayaraq ki, bəzən Azərbaycana qarşı müxtəlif kampaniyaların şahidi oluruq. Ancaq bunlar tamamilə əsassızdır. Uzun illərdir ki, yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. Biz isə öz işimiz və əməlimizlə bütün bu şayiələri darmadağın etmişik. Bildiyiniz kimi artıq Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığımızın daha da genişlənməsidir. Gələn il isə biz daha böyük uğurlara imza atacağıq. Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq. Bu baxımdan istər yaşıl enerji sektoru, istərsə də qaz hasilatı istiqamətində görülən işlər bizim enerji təhlükəsizliyimizin güclənməsinə xidmət etməklə yanaşı, iqtisadi cəhətdən daha da güclənməyimizə imkan yaradacaq”.

//Editor.az