Avropa ölkəsi şokda – Hər 17 nəfərdən birində virus tapılıbbackend

Avropa ölkəsi şokda – Hər 17 nəfərdən birində virus tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda yeni tip koronavirusa yoluxanların sayı milyonu keçib.

Bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.

“Son 24 saat ərzində ölkədə 4130 yeni yoluxma faktı aşkarlanıb. Bu isə o deməkdir ki, əhalisi 17 milyon ölkədə il ərzində yoluxanların sayı artıq bir milyonu keçib”, – məlumatda bildirilir.

Niderlandda ilk COVID-19-a yoluxma faktı 2020-ci il fevralın 27-də aşkarlanmışdı. O vaxtdan indiyədək orada 14 mindən çox insan dünyasını dəyişib.

//milli.az