Avropa orduları Rusiya ilə müharibəyə hazır deyil – Volodimir Zelenskibackend

Avropa orduları Rusiya ilə müharibəyə hazır deyil – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə Ukraynadan kənara da yayıla bilər və Avropa orduları buna hazır olmayacaq.

Editor.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski fevralın 3-də İtaliyanın “Rai 1” telekanalına müsahibəsində deyib.

Jurnalisti Zelenskidən İtaliyada və digər Avropa ölkələrində Ukraynaya silah verilməsindən bezdiklərini deyənlərə nə demək istədiyini soruşarkən Zelenski belə cavab verib: “Müharibə sizə də gələ bilər, çünki biz Putinlə məşğul oluruq.

Və gələndə heç kim buna hazır olmayacaq, Avropa orduları hazır deyil, şok olacaq. NATO-nun operativ reaksiya verəcəyinə kim zəmanət verir? Bu barədə kim danışır? Heç kim! – Zelenski yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az