Avropa Parlamenti Aİ-nı Gürcüstana ayrılan maliyyə yardımlarını dayadırmağa çağırıbbackend

Avropa Parlamenti Aİ-nı Gürcüstana ayrılan maliyyə yardımlarını dayadırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa Parlamenti Gürcüstanla bağlı yeni qətnamə qəbul edib.

Orada Avropa Parlamenti deputatları Brüsseli ölkədəki “demokratiyanın sarsıdılması” ilə əlaqədar Tbilisiyə qarşı bir sıra tədbirlər görməyə çağırıb.

Müvafiq bəyanatı AP-nin mətbuat xidməti qətnamə üzrə səsvermənin nəticələrinə görə yayıb. Qətnamədə o da qeyd olunur ki, Gürcüstanda demokratiyanın hazırkı vəziyyəti ona Avropaya inteqrasiyanı davam etdirməyə imkan vermir. Son aylarda ölkədə qəbul edilən qanunlar, o cümlədən xarici agentlər haqqında qanun avropalı deputatlar tərəfindən avtoritar adlandırılıb. Sənəddə iddia olunur ki, onlar qüvvədə qaldıqca Gürcüstan Aİ-yə daxil olmaq yolunda irəli gedə bilməyəcək.

Avropa Parlamentinin deputatları bir sıra tədbirlər təklif ediblər ki, onların fikrincə, bu vəziyyətdə məqsədəuyğun olardı. Belə ki, onlar bu qanunlar ləğv edilənədək Aİ-nin Gürcüstana ayırdığı maliyyənin dondurulmasını effektiv addım hesab ediblər. “Qətnamə Aİ və onun üzv dövlətlərini Gürcüstanda demokratiyanın sarsıdılmasında günahkar olanların hamısına, o cümlədən (hakim “Gürcü Arzusu”nun yaradıcısı – red.) Bidzina İvanişviliyə qarşı məsuliyyətə cəlb etməyə və şəxsi sanksiyalar tətbiq etməyə çağırıb”, – AP-nin mətbuat xidmətindən bildiriblər.

//Samir Qurbanov, Editor.az