“Avropa Parlamenti Azərbaycan əleyhinə bütün düşmən qüvvələrin səfərbər olduğu bir platformaya çevrilib”-ŞƏRHbackend

“Avropa Parlamenti Azərbaycan əleyhinə bütün düşmən qüvvələrin səfərbər olduğu bir platformaya çevrilib”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Parlamenti bu gün riyakarlığın, korrupsiyanın birbaşa mənbəyinə çevrilib. AP-də əlaqələrin kifayət aşağı səviyyədə olması, siyasi institutların Avropa Parlamentinə təsir imkanlarının olmasına rəğmən Qərb mərkəzlərinin bu məsələdə səssizliyi onu birmənalı şəkildə Fransa və Qərbdəki erməni diasporasının pullarının əsrinə çevirib”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

O bildirib ki, Avropa Parlamenti Azərbaycan əleyhinə bütün düşmən qüvvələrin səfərbər olduğu bir platformaya çevrilib:

“Bu gün AP təkcə erməni faşizmini dəstəkləmir, eyni zamanda, xaricdəki Azərbaycan əleyhinə fəaliyyət göstərən və blogger maskası geyinmiş bir çox adamları da təşviq edir. Belə bir qurumun bundan sonra hansısa “ədalət”dən danışmağı yersizdir. Ermənistan baş nazirini AP-nin kürsüsünə çıxardıb Azərbaycan əleyhinə iftiralar yağdıran bir siyasi təşkilatın beynəlxalq münasibətlər, ədalət, hüquq, insan haqları ilə bağlı hansısa sözü olmamalıdır. Təbii ki, burada Azərbaycan və Türkiyənin regional gücdən qlobal gücə çevrilməyi məsələsi də önəmli faktorlardandır”.

T. İsmayılov onu da qeyd edib ki, Avropa Parlamenti Ermənistandan oyuncaq kimi istifadə edir:

“Ermənistan bu gün klassik imperalizmin maşası rolunu məmnuniyyətlə üzərinə götürüb. Ermənistanın bu mövqeyindən də istifadə edən Avropa Parlamenti və başqa qurumlar Azərbaycan əleyhinə yalanın mərkəzi olmağa davam edir. Bu bəyanatların Azərbaycana təsir göstərmək, siyasi qərarlarında hansısa dəyişikliklərə nail olmaq məqsədi daşıyır. Ancaq belə vasitələrlə Azərbaycana təzyiq edilə bilməyəcəklərini hələ də anlamırlar”.

//Gülnarə Abasova, Editor.az