Avropa Parlamenti Azərbaycanı “müharibə cinayəti” törətməkdə təqsirləndirir?-AÇIQLAMAbackend

Avropa Parlamenti Azərbaycanı “müharibə cinayəti” törətməkdə təqsirləndirir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Parlamentinin, ABŞ-da bəzi media qurumlarının,BMT-nin Cenevredəki ofisinin və digər təşkilatların, dövlətlərin mövqeyindəki ədalətsiz və qərəzli yanaşmasından da görürük ki, Ermənistanın “humanitar böhran”, “blokada” şousunun arxasında kimlər dayanıb”.

Bunu Editor.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov Avropa Parlamentinin deputatı Kostas Mavridesin Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağdakı vəziyyəti fövqəladə humanitar vəziyyət və Azərbaycan tərəfindən beynəlxalq hüququn açıq şəkildə pozulması hesab etməsinə və eyni zamanda mövcud vəziyyəti beynəlxalq hüquqa görə “müharibə cinayəti” adlandırmasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, rəsmi İrəvan zaman-zaman təxribatsız və hiyləgər addımlar atmadan mövcud ola bilmir:

“Bu daima belə olub. İkinci Qarabağ müharibəsindən sonra isə artıq açıq şəkildə ona dəstək verən, havadarlıq edən qüvvələri, dövlətləri də görmüş oluruq. “Humanitar böhran” adı altında tırların sərhədə gətirilməsi  bu şounun əvvəldən yazılmış bir ssenari olduğunu göstərir. Əgər həqiqətən də humanitar böhran varsa, mülki əhali ciddi çətinliklərlə üzləşibsə, Ermənistan və digər qüvvələr Azərbaycanın alternativ yolla bağlı çağırışlarına müsbət cavab verməli idilər. Lakin erməni tərəfi bu təklifi qəbul etmədi və özlərini ifşa etmiş oldular”.

Politoloq qeyd edir ki, rəsmi Bakı hər zaman İrəvanın bu kimi oyunlarını pozmaqda davam edəcək:

“Təəssüf ki, Qarabağın erməni icması anlamır ki, Ermənistan və havadarları onları qurban kimi seçiblər. Azərbaycan isə həmin şəxsləri cəmiyyətə reinteqrasiya prosesini həyata keçirməyə çalışır. Beynəlxalq ictimaiyyətin ikiüzlü yanaşması da bizi narahat edən məqamlardandır. Dəfələrlə həmin ikiüzlü yanaşmalarla qarşılaşmışıq. Amma Azərbaycan hər zaman olduğu kimi öz haqlı mövqeyindən geri çəkilməyəcək”.

//Safura Bənnayeva, Editor.az