Avropa Parlamenti Moldovaya Aİ üzvlüyünə namizəd statusu verməyə çağırıbbackend

Avropa Parlamenti Moldovaya Aİ üzvlüyünə namizəd statusu verməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti bu gün – mayın 5-də keçirilən iclasında Moldovaya Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunun verilməsini tələb edən qətnaməni təsdiqləyib.

Avropa qanunlarına görə, parlamentin qətnamələri məcburi deyil. Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. Avropa Parlamentinin saytında bildirildiyi kimi, Aİ və Moldova “ölkənin Aİ-nin vahid bazarına inteqrasiyası və sektorlararası əməkdaşlığın genişləndirilməsi üzərində işi davam etdirməlidir”.

Qeyd olunur ki, Moldovaya qonşu Ukraynadakı münaqişə əhəmiyyətli dərəcədə zərər görüb. Bu, ölkəyə 450 mindən çox ukraynalı qaçqının kütləvi şəkildə gəlməsi ilə bağlıdır ki, onlardan da təxminən 100 mini Moldovada qalıb. Bundan əlavə, ticarətə ciddi zərbə vurulub, enerji və nəqliyyatın qiymətləri artıb. Avropa Parlamentinin deputatları həmçinin Aİ-ni Moldovaya makromaliyyə yardımı göstərməyə çağırıb.

Editor.az