Avropa Parlamenti NATO qaydasında təhlükəsizlik zəmanətlərinin verilməsinə çağırırbackend

Avropa Parlamenti NATO qaydasında təhlükəsizlik zəmanətlərinin verilməsinə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti (AP) Ukrayna üçün NATO-nun 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanətlərinin verilməsinə çağırır.

Bu təşəbbüs bu gün səsverməyə çıxarılacaq qətnamə layihəsində yer alıb.
AP hesab edir ki, belə bir razılaşma Ukraynaya “etibarlı təhlükəsizlik zəmanətləri” verəcək. Sənəddə deyilir ki, bu, həmçinin Ukraynanın “Rusiya vetosu olmadan siyasi və müdafiə ittifaqlarını sərbəst seçmək hüququna malik olduğunu” təsdiqləyəcək. Təhlükəsizlik zəmanətləri ABŞ-ın Ukraynadakı hərbi münaqişəni həll etmək üçün hazırladığı sülh planının bir hissəsi kimi müzakirə olunur.

“Politico” qəzeti Vaşinqtonun Kiyev üçün uzunmüddətli təhlükəsizlik zəmanətlərini yalnız çərçivə sülh müqaviləsi bağlandıqdan sonra müzakirə etməyə hazır olduğunu bildirib. İtaliyanın Baş naziri Giorgia Meloni Rusiya ilə hərbi münaqişənin yenidən başlaması halında Ukraynanın müttəfiqlərindən ölkəyə 24 saat ərzində hərbi dəstək barədə razılığa gəlmələrini tələb etməyi təklif edib.

//Samir Qurbanov, Editor.az