Avropa Parlamenti Rusiyada keçirilən prezident seçkilərini pisləyən qətnamə qəbul etdibackend

Avropa Parlamenti Rusiyada keçirilən prezident seçkilərini pisləyən qətnamə qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti plenar iclasında “Rusiyada qeyri-demokratik seçkilər və onların işğal olunmuş ərazilərdə qeyri-qanuni keçirilməsi” ilə bağlı qətnamə qəbul edib.

Qətnamədə deputatlar Rusiya hakimiyyəti ilə təmasları məhdudlaşdırmağa çağırıblar: “Avropa Parlamenti qeyd edir ki, qondarma prezident seçkiləri zamanı real alternativ namizədlər, azad media, etibarlı müşahidəçilər, siyasi azadlıqlar olmayıb”, – sənəddə deyilir.

Deputatlar Avropa İttifaqını fəal şəkildə qarşılıqlı fəaliyyət göstərməyə və Rusiyanın demokratik müxalifətinə dəstək təklif etməyə çağırıblar. Avropa Parlamenti həmçinin Krım, Sevastopol, eləcə də qondarma DXR, LXR, Xerson və Zaporojye vilayətlərində prezident seçkilərinin təşkilatçılarına qarşı sanksiyaların tətbiq edilməsini tələb edib.

Deputatlar Aİ ölkələrini və digər dövlətləri Rusiya hakimiyyəti ilə təmasları yalnız “regional sülh, humanitar məqsədlər, məhbus mübadiləsi” məsələləri ilə məhdudlaşdırmağa çağırıblar. Qətnaməni 493 deputat təsdiqləyib, 11 deputat əleyhinə səs verib, 18 deputat isə bitərəf qalıb. Avropa Parlamentinin qətnamələri məsləhət xarakteri daşıyır və məcburi deyil.

//Samir Qurbanov, Editor.az