Avropa Parlamenti Rusiyanı terroru dəstəkləyən dövlət kimi tanıya bilər-Qətnamə mətni razılaşdırılıbbackend

Avropa Parlamenti Rusiyanı terroru dəstəkləyən dövlət kimi tanıya bilər-Qətnamə mətni razılaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunlarının Ukraynada törətdiyi cinayətkar əməllər, Ukraynanın mühüm infrastruktur obyektlərinin və mülki şəxslərin daim atəşə tutulması ilə bağlı faktların beynəlxalq ictimaiyyətə təqdim edilməsi öz nəticəsini verməkdədir.

Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, Avropa Parlamentində saatlarla davam edən müzakirələrdən sonra Rusiyanı terrorçuluğun himayədarı kimi tanıyan qətnamənin mətni üzərində razılığa gəliblər.

Bu barədə Avropa Parlamentinin üzvü, Litvanın keçmiş baş naziri Andrius Kubilius öz Tvitter hesabında məlumat verib.

O bildirib ki, Avropa Parlamentinin müxtəlif siyasi qrupları arasında 4 saat davam edən danışıqlardan sonra qətnamənin mətni üzrə konsensus əldə olunub. Keçmiş baş nazir qeyd edib ki, bu qətnamənin əsas məqamı Rusiyanın Avropa Parlamenti tərəfindən terrorçuluğu dəstəkləyən dövlət kimi tanınmasıdır.

“Avropa Parlamenti /…/

-Rusiyanı terrorizmin himayədarı və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyır”, – o, qətnamənin mətnindən sitat gətirib.

Qeyd edək ki, bundan əvvəl Estoniya parlamenti Rusiya rejimini rəsmən terrorçu kimi tanıyıb.

//Samir Qurbanov, Editor.az