Avropa Parlamenti Rusiyanı beynəlxalq terrorizmin sponsoru kimi tanıyıb. Editor.az xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bu qərarın əhəmiyyətini izah edib.
O, qeyd edib ki, qərar bütün Avropanın Rusiyaya baxışlarında baş verən dəyişikliyi aydın nümayiş etdirir. “Rusiya İrandan fərqli olaraq şou-biznes ölkəsidir. O, bəzi bazarlarda hökmranlıq etməyi, onunla danışıqlar masasına oturmağı, G20, G8-də və s.-də iştirak etməyi və s. sevir.
Beynəlxalq səviyyəli tədbirlərdə iştirakdan zövq alır. İndi isə Rusiyanın dünya çempionatları keçirmək, Olimpiadaya ev sahibliyi etmək hüququ olmayacaq. Rusiya Federasiyasının heç nəyi olmayacaq”.
Prezident Ofisi müşavirinin sözlərinə görə, ciddi maliyyə qurumları o cümlədən adlı-sanlı maliyyə bankları, konsaltinq şirkətləri və ya hüquqşünaslar birlikləri Rusiyanı tərəfdaş kimi qəbul etməyəcəklər.
Podolyak hesab edir ki, Rusiyanı “terrorçu ölkə” adlandırmaq ənənəsini davam etdirmək və bu işi hüquqi müstəviyə daşımaq çox vacibdir.
//Samir Qurbanov, Editor.az

