Avropa Parlamenti UEFA-nı “Qazprom”la əməkdaşlığı dayandırmağa çağırıbbackend

Avropa Parlamenti UEFA-nı “Qazprom”la əməkdaşlığı dayandırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin avstriyalı deputatı Hannes Hayde Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) “DXR” və “LXR”-in suverenliyinin tanınması ilə bağlı yaranmış vəziyyətə görə “Qazprom”la əməkdaşlığı dayandırmağa çağırıb. Həmçinin Avropa Parlamentinin deputatları UEFA-dan mayın 28-də Sankt-Peterburqdan keçiriləcək Çempionlar Liqasının finalını təxirə salmağı tələb ediblər.

Xarici KİV-də yayılan məlumatlara görə, idman yayımçıları UEFA-ya çərşənbə günü Çempionlar Liqasının oyunlarının işıqlandırılması zamanı “Qazprom”un reklamlarının göstərilib-göstərilməməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

Hesablamalara görə, hazırda Çempionlar Liqasının sponsoru olan “Qazprom”la müqavilə UEFA-ya mövsümdə ərzində 40 milyon avro gəlir gətirir.

Mənbə: “RİA Novosti”