Avropa Parlamentinin Ticarət Komitəsi Avropa Komissiyasının Ukrayna ilə azad ticarət rejiminin daha bir il müddətinə uzadılması təklifini dəstəkləyib.
Editor.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında bildirilir. “Avropa Parlamentinin üzvləri cümə axşamı günü 26 səs, 10 əleyhinə və 1 bitərəf olmaqla, Ukrayna kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracına idxal rüsumlarının və kvotaların müvəqqəti dayandırılmasının iyunun 6-dan daha bir il müddətinə uzadılması təklifini təsdiqləyiblər. 2024-cü ildən 2025-ci il iyunun 5-dək”, – hesabatda deyilir. Bu qərarın qüvvəyə minməsi üçün Avropa Parlamentinin apreldə Strasburqda keçiriləcək sessiyasında təsdiq edilməlidir.
//Gülnarə Abasova, Editor.az

