Avropa Parlamenti oktyabrın 22-də keçirilən iclasında G7 təşəbbüsü çərçivəsində Ukraynaya 35 milyard avroya qədər kreditin verilməsini təsdiqləyən qətnamə qəbul edib.
Editor.az bildirir ki, buu barədə AP saytı məlumat yayıb. Qətnaməni 518 deputat dəstəkləyib, 56-sı əleyhinə səs verib, 61-i isə bitərəf qalıb. Bu makromaliyyə yardımı G7 ölkələrinin Ukraynaya verəcəyi 50 milyard dollarlıq (təxminən 45 milyard avro) daha böyük kreditin bir hissəsidir. Açıqlamada qeyd olunur ki, digər ölkələrin mövqeyindən asılı olaraq, AB-nin yekun töhfəsi daha az ola bilər.
Ukrayna bu proqram üzrə krediti Qərbdə dondurulmuş Rusiyanın aktivlərindən faizlə ödəyəcək. Avropa Parlamentinin saytında yerləşdirilən mesajda bu vəsaitlərin gələn ilin sonuna kimi Ukraynaya ödəniləcəyi qeyd edilir.
//Samir Qurbanov, Editor.az

