Avropa Parlamenti Avropa İttifaqını Kiyevə silah tədarükünü artırmağa və Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağıran qətnamə qəbul edib.
Editor.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. Qətnaməni Avropa Parlamentinin 390 üzvü dəstəkləyib, 135-i əleyhinə səs verib, 52-si isə bitərəf qalıb. Sənəddə vurğulanır ki, Avropa Parlamenti Rusiya iqtisadiyyatının əsas sektorlarına, o cümlədən metallurgiya, nüvə və kimya sənayesi, kənd təsərrüfatı və bank sektoruna qarşı yeni sanksiyaların tətbiqini tələb edir.
Həmçinin Rusiyadan alüminium, polad, uran, titan və nikel kimi sənaye xammalının ixracının məhdudlaşdırılması tövsiyə olunur. Bundan əlavə, qanunvericilər Rusiyadan qalıq yanacaq və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə embarqo qoyulmasını, həmçinin nüvə enerjisi sahəsində əməkdaşlığa son qoymağı təklif edirlər. Tədbirlərin uzadılmasını asanlaşdırmaq üçün sanksiyaların müddətinin altı aydan üç ilədək artırılması tövsiyə olunur.
//Gülnarə Abasova, Editor.az