“Avropa Parlamenti və bu kimi qurumlar bölgəyə sülhün gəlməsinə mane olur” -AÇIQLAMAbackend

“Avropa Parlamenti və bu kimi qurumlar bölgəyə sülhün gəlməsinə mane olur” -AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk dəfə deyil ki, Azərbaycana qarşı belə qərəzli yanaşma nümayiş etdirilir”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri səbəbilə Avropa Parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı irəli sürülən təklifə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti ikili standartlarda peşəkarlaşıb: “Bu kimi təşkilatlar, qurumlar bölgəyə sülhün gəlməsinə mane olur. Bunun da əziyyətini sonra ermənilər çəkir. Ermənistan anlamalıdır ki, bu cür addımların, yanaşmanın prosesə heç bir töhfəsi yoxdur. Bu münasibətlərin normallaşmasına və inkişafına mane olan məsələdir. 30 il müddətində rəsmi İrəvan bu yanaşmanı davam etdirdi. Avropa Parlamenti nümayəndələri yaxşı olar ki, beynəlxalq hüququ öyrənsinlər və bilsinlər ki, bu ərazilər kimin ərazisidir. Belə qərəzli yanaşmalar bizi başladığımız prosesdən uzaqlaşdıra bilməz. Sonuna kimi məqsədlərimizi həyata keçirmək üçün çalışacağıq”.

//Safura Bənnayeva ,Editor.az