“Avropa Parlamenti “xüsusi sifariş”lə qərar qəbul edir”-ŞƏRHbackend

“Avropa Parlamenti “xüsusi sifariş”lə qərar qəbul edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı qərəzli mövqe ilk dəfə deyil. Daha əvvəl də bu tipli qətnamələr qəbul edilib”.

Bu fikirləri Editor.az-a politoloq İlyas Hüseynov Azərbaycan əleyhinə Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamədə Azərbaycanın Ermənistana “hərbi təcavüz” etməsi, Laçın yolunun “blokadaya” alınması kimi fikirlər, eyni zamanda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qətnamələrin qəbulu ilə bölgədə nəyəsə nail olmaq mümkün deyil:

“Bunlar tövsiyyə xarakteri daşıyır. İstənilən halda biz onlara cavab verməli, bu qətnamələrin səbəbini öyrənməliyik. Çünki burada həqiqətə uyğun olmayan məsələlər var. ATƏT-in “Minsk qrupu”, “Dağlıq Qarabağ” kimi fikirlərə yer verilib. Avropa Parlamentinin müxtəlif korrupsiya məsələlərində adının hallanması onu deməyə əsas verir ki, bu kimi addımlar sifarişlə yerinə yetirilir. Eyni zamanda, qeyd olunmalıdır ki, Avropa Parlamentinin vitse-spikeri yunanıstanlı Eva Kayli də bu yaxınlarda bir qrup deputatla saxlanılmış və korrupsiya sxemlərində adları hallanmışdır. Erməni lobbisi də bu istiqamətdə fəaliyyət göstərir. Belə bir mənzərə formalaşır ki, Avropa Parlamenti heç bir sənədi, qanun layihəsini araşdırmır və notarius rolunu oynayır. Belə təsir bağışlayır ki, Avropa Parlamenti erməni parlamentinin bir komitəsidir. Yaxud da bütün qətnamələr Ermənistanın Xarici İşlər Nazirliyində hazırlanır. Bu təəssüf doğuran bir məqamdır”.

Politoloq qeyd edir ki, Azərbaycan Avropa məkanının enerji təhlükəsizliyində mühüm rol oynayır:

” Yaşıl enerji və bərpaolunan enerji sahəsində də ölkəmizin qlobal təşəbbüsləri var. Cənub Qaz Dəhlizini istifadəyə verdikdən sonra həcmlərin 2 dəfə artırılmasına dair saziş imzalandı. Azərbaycanın strateji mövqeyi, enerji təhlükəsizliyində, nəqliyyat və kommunikasiya xətlərində oynadığı rola Avropa İttifaqı nəzər yetirməlidir. Parlamentdə fransız,erməni küləklərinin əsməsi də bizim üçün sirr deyil. Fransanın da burada çox güclü siyasi dəstəyinin olması da sezilir. Bu da onu deməyə əsas verir ki, rəsmi Paris bölgədə pozuculuq niyyətlərini həyata keçirməkdə davam edir”.

//Safura Bənnayeva, Editor.az