Avropa Parlamentində Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı qətnaməyə səsvermə keçirilirbackend

Avropa Parlamentində Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı qətnaməyə səsvermə keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın saatlarda Avropa Parlamentində Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı qətnaməyə səsvermə keçiriləcək. Sənədin mətni AP-nin saytında dərc olunub.

Qətnamədə həmçinin İrəvanın Aİ üzvlüyünə namizəd ölkələrə göstərdiyi dəstəyin yüksək qiymətləndirilməsindən bəhs edilir. Onun müəllifləri hesab edirlər ki, əgər Ermənistan ardıcıl islahatlar yolu ilə getməyə davam edərsə, demokratiya və qanunun aliliyi prinsipini inkişaf etdirsə, bu, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərdə transformasiya mərhələsinin əsasını təşkil edə bilər.

Bundan əlavə, qətnamə Aİ-nin özünü və onun üzv ölkələrini Ermənistanın son illərdə viza rejiminin sadələşdirilməsi və readmissiyaya dair sazişlərin həyata keçirilməsində əldə etdiyi irəliləyişi tanımağa və Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqu davam etdirməyə çağırır. Nəzərinizə çatdıraq ki, son vaxtlar Ermənistan hakimiyyəti Ermənistanın Avropa istəklərindən fəal şəkildə danışır. Xarici işlər naziri bildirib ki, Ermənistan digər imkanlarla yanaşı, Aİ-yə daxil olmaq ideyasını da nəzərdən keçirir. Ararat Mirzoyan aydınlıq gətirib ki, İrəvan öz tərəfdaşları və müttəfiqlərinin dairəsini şaxələndirmək istəyir.

//Samir Qurbanov, Editor.az