Avropa Parlamentindən (AP) Ukrayna ilə bağlı mühüm qərarbackend

Avropa Parlamentindən (AP) Ukrayna ilə bağlı mühüm qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin üzvləri Ukraynanı dəstəkləmək haqqında qətnamə qəbul ediblər.

Sənəd 2022-ci il fevralın 24-dən başlayaraq Ukraynada iki il davam edən münaqişənin nəticələrinə yekun vurur.

Qətnaməyə əsasən, Avropa İttifaqı Ukraynanı Rusiya ilə hərbi əməliyyatlarda qalib gəlmək üçün lazım olan hər şeyi təmin etməlidir. Qətnamənin qəbulunun lehinə 451 deputat səs verib, 46 deputat əleyhinə olub, 49 deputat isə bitərəf qalıb. Avropa Parlamentinin yaydığı məlumata görə, qətnamə Ukraynaya hərbi yardımla bağlı heç bir məhdudiyyətin olmamasını nəzərdə tutur.

Xüsusilə, Aİ ölkələri Ukrayna ordusunu hər il ÜDM-nin 0,25%-dən az olmayan hərbi texnika ilə təmin etməyi öhdəsinə götürüb. Buraya hava hücumundan müdafiə sistemləri, uzaq mənzilli “Taurus” və “Storm Shadow/SCALP” raketləri, 155 mm-lik döyüş sursatı, həmçinin İHA-lar və əks-tədbirlər daxildir. Qətnamənin bir hissəsi olaraq, AP deputatları assosiasiya ölkələrini müdafiə şirkətləri ilə “dialoqa girməyə” çağırıblar ki, onlar hərbi texnikanın istehsalını artırsınlar və onların çatdırılma vaxtını sürətləndirsinlər. Deputatların fikrincə, buna digər üçüncü ölkələrdən gələn sifarişlərdən daha çox üstünlük verilməlidir.

Bundan əlavə, deputatlar ABŞ Konqresinin Nümayəndələr Palatasını Ukraynaya hərbi yardım paketini gecikdirmədən ötürməyə çağırıblar. Qətnamədə həmçinin Ukraynaya kömək məqsədilə dondurulmuş Rusiya aktivlərinin müsadirəsindən də bəhs edilir. Sənəd bu vəsaitin Ukraynanın bərpası üçün bölüşdürülməsini və döyüşlərdən zərər çəkənlərə kompensasiyaların ödənilməsini nəzərdə tutur. Qətnamədə deyilir: “Rusiyadan Ukraynanın yenidən qurulmasına mühüm töhfə verməsi üçün ona qarşı təzminat ödəməsi tələb edilməlidir”. Sənəd həmçinin Aİ-ni Rusiya və Belarusa qarşı sanksiyalar siyasətini genişləndirməyə, o cümlədən Rusiya uran və metallurgiya məhsullarının Aİ-yə idxalına qadağa qoymağa çağırır.

Bundan əlavə, söhbət Rusiya ilə nüvə əməkdaşlığının dayandırılması və Aİ-nin Rusiyanın kənd təsərrüfatı və balıqçılıq məhsullarının, eləcə də dəniz yolu ilə daşınan qalıq yanacaqların və mayeləşdirilmiş təbii qazın idxalına tam embarqonun tətbiqindən gedir.

//Samir Qurbanov, Editor.az