“Avropa Parlamentinin deputatları Ermənistanı müdafiə etməyə çalışırlar”- AÇIQLAMAbackend

“Avropa Parlamentinin deputatları Ermənistanı müdafiə etməyə çalışırlar”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “AzərGoldun” və QSC-nin mütəxəssislərinin Xankəndinə səfəri, Rusiya sülhməramlılarının komandanı ilə görüşü böyük rezonans doğurub. Bu, dünyada erməni lobbisini də narahat etməyə başlayıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində atılan addımlar beynəlxalq hüquqa tam uyğundur:

“Maraqlıdır ki, artıq Avropa Parlamentinin deputatları Ermənistanı müdafiə etməyə və erməni azlığının hüquqlarının müdafiəçisi kimi görünməyə çalışırlar. Bu da qəbul olunan yanaşma deyil. Laçın dəhlizi vasitəsilə qeyri-qanuni fəaliyyət həyata keçirilir. İranın Xüsusi Xidmət orqanının əməkdaşları bu yoldan istifadə edir və digər qanunsuz silah daşınma halları reallaşır. Bütün bu kimi hallar Azərbaycan tərəfindən qeydə alınır. Ölkəmizin Kütləvi informasiya Vasitələri də bölgədəki həmin hadisələri qeyd edirlər”.

Politoloqun fikrincə, Ermənistanın havadarları da bilməlidir ki, Azərbaycan tərəfi öz ərazilərində istədikləri kimi sərbəst hərəkət edə bilər və heç bir güc buna mane ola bilməz: “Əgər ermənilərin hüquqlarının müdafiəsinə qalxırlarsa, bilməlidirlər ki, bölgəyə silah daşınması hüquq pozuntusudur. Amma onlar  niyəsə bu hallara qarşı susqunluq nümayiş etdirirlər. Bu faktlar onu deməyə əsas verir ki, baş verən prosesləri Azərbaycan tərəfi diktə edir.  Bir çox politoloqlar, hərbi ekspertlər Azərbaycanın güc tətbiq etməsinin tərəfdarı olsalar da ölkənin beyin mərkəzlərinin koordinasiyalı fəaliyyəti və əldə olunan nəticə özünü doğrultdu.  Bölgədə sülhün, təhlükəsizliyin təminatı istiqamətində Azərbaycanın tələblərinə cavab verilməyəcəksə, digər addımlar atılacaq və bu dəfə ərazilərdə monitorinq aparan mülki geyimli şəxslər iştirak etməyəcək”.

//Safura Bənnayeva, Editor.az