Avropa Parlamentinin qondarma “missiya”sı Ermənistanın Türkiyə ilə sərhəddində də peyda ola bilərbackend

Avropa Parlamentinin qondarma “missiya”sı Ermənistanın Türkiyə ilə sərhəddində də peyda ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti Avropa İttifaqının xarici siyasəti və müdafiəsi haqqında saziş imzalayıb.

Editor.az bildirir ki, bu barədə “Vətəndaş müqaviləsi” partiyasının üzvü Artur Hovhannisyan sosial şəbəkələrdə məlumat verib.

Qətnamənin bəndlərindən birində parlamentarilər Avropa İttifaqının Ermənistandakı missiyasını nəinki gücləndirməyi, həm də onu genişləndirməyi təklif edirlər. Beləliklə, onun müddəti uzadılacaq və avropalı müşahidəçilər Ermənistanla Türkiyə sərhədində də peyda ola bilərlər.

Xatırladaq ki, hazırda Ermənistan və Türkiyə sərhədində Rusiya sərhədçiləri durur. Bundan başqa, qətnamədə Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi, qaz və neft idxalının dayandırılması, həmçinin Azərbaycanla tərəfdaşlıq sazişi üzrə müzakirələrin dayandırılması təklif edilir.

Qeyd edək ki, qətnamədəki bütün bəndlər tövsiyə xarakteri daşıyır.

//Samir Qurbanov, Editor.az