Avropa Parlamentinin üzvü Fernand Kartayzer Ukraynanın döyüş meydanında hərbi qələbə qazana bilməyəcəyinə, uzunmüddətli perspektivdə isə Rusiyanın qalib gələcəyinə əminliyini ifadə edib.
Siyasətçi qeyd edib ki, əksəriyyət Ukraynanın münaqişədən hərbi yolla çıxış yolunun olmadığını anlayır. O, vurğulayıb: “Əgər atəşkəs və sülh müqaviləsi olmasa, münaqişə davam edəcək və dağıdıcı müharibəyə çevriləcək – sonda Rusiya qalib gələcək”, – deputat bildirib.
Siyasətçi onu da qeyd edib ki, Kiyevə silah tədarükü yalnız döyüşləri uzadır və hər iki tərəfin iztirablarını artırır. Eyni zamanda o, ümid etdiyini bildirib ki, gec-tez münaqişə tərəfləri Avropada yeni təhlükəsizlik sisteminin yaradılması üçün danışıqlar masası arxasına əyləşəcəklər.
//Samir Qurbanov, Editor.az