Avropanın Ravinlər Mərkəzi Ermənistan rəhbərliyinə müraciət edərək Xankəndin erməniləri ilə bağlı “Holokost”, o cümlədən “getto” və “soyqırım” sözlərindən istifadəni dayandırmağa çağırıb.
Təşkilat müvafiq sənədi Ermənistanın baş naziri Nikol Paşinyana və prezident Vaaqn Xaçaturyana, surətləri isə Avropa Parlamentinə və Avropa Komissiyasına göndərilib. Onu müxtəlif Avropa ölkələrindən olan 50 ravvin imzalayıb.
Müraciətdə vurğulanır ki, İkinci Dünya Müharibəsi illərində yəhudi xalqı amansız təqiblərə, qətllərə və işgəncələrə məruz qalıb. “Holokost” hər hansı konkret məhdud yerdə deyil, demək olar ki, bütün Avropa qitəsində baş verib. “Getto”, “soyqırım”, “xolokost” və digər ifadələr, şübhəsiz ki, hər hansı siyasi fikir ayrılığında istifadə olunan jarqon kimi yersizdir”, – məktubda deyilir.
Sənəddə bu ifadələrin Ermənistan rəhbərliyinin nümayəndələrinin Bakı ilə fikir ayrılıqlarına görə dünya mətbuatına müsahibələrində işlətdiyi aydınlaşdırılır.
//Samir Qurbanov, Editor.az