Avropa Rusiya neftinin qiymətini 60 dollara endirə bilər – Bloombergbackend

Avropa Rusiya neftinin qiymətini 60 dollara endirə bilər – Bloomberg

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya- Ukrayna müharibəsinin onuncu ayında Aİ ölkələri Rusiya xam neftinin qiymətinin bir barel üçün 60 dollara qədər məhdudlaşdırılmasını müzakirə edirlər.

Editor.az Bloomberg-in məlumatına istinadən xəbər verir ki, müzakirənin blok üzvləri ilə G7 arasında razılığa gəlməyi gözlənilir, çünki Rusiya neftinin qiymətlərinin hansı səviyyədə məhdudlaşdırılmasına dair danışıqlar keçən həftədən bəri dayanıb. Əksər ölkələr bir barel üçün 60 dollar həddinə hazırdır, çünki bu limitin məqsədi Moskvanın gəlirlərini məhdudlaşdırmaqla yanaşı, qlobal qiymət artımından qaçmaq üçün Rusiya neftinin axmasını saxlamaqdır.

Lakin deyildiyi kimi, qiymət tavanı çox aşağı olarsa, Moskva hasilatı dayandıra bilər ki, bu da dünya bazarında neftin qiymətinin artmasına səbəb olacaq.

//Gülnarə Abasova, Editor.az