Avropa Rusiya qazından asılılığını azaltmağa nail oldu – Financial Timesbackend

Avropa Rusiya qazından asılılığını azaltmağa nail oldu – Financial Times

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hücumu fonunda Aİ ölkələri noyabrda Rusiya qazına tələbatı dörddə bir azaldıb.

Editor.az-ın “Financial Times”ə istinadən verdiyi məlumata görə, blok Rusiya enerjisindən asılılığını azaltmağa nail olub. Hesabata görə, 2022-ci ilin noyabrında Aİ-nin qaz tələbatı beş illik orta göstəricidən 24% aşağı olub. Oktyabr ayında da oxşar azalma olub.

Bildirilib ki, Avropa ölkələri alternativ mənbələr tapmaq və ya tələbi dəyişdirməklə Rusiya qazı və neftindən asılılığını azaldır. ICIS-in məlumatına görə, Aİ-nin iki ən böyük qaz istehlakçısı olan Almaniya və İtaliyada tələb noyabr ayında müvafiq olaraq 23% və 21% azalıb. Fransa və İspaniyada beşdə birdən çox, Hollandiyada isə üçdə birdən bir qədər çox azalıb.

//Gülnarə Abasova, Editor.az