Avropa ölkələri Rusiyanın bəzi təbliğat Telegram kanallarını bloklamağa başlayıb.
Editor.az bildirir ki, bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, RİA Novosti təbliğat nəşrinin Telegram kanalı Polşa, Belçika, İsveçrə, Yunanıstan, Çexiya və İtaliyada əlçatmaz olub. “Bu, təbliğata davamlı şəkildə qarşı mübarizənin aparıldığı Avropada Rusiyanın informasiya təsirinin tədricən azaldığını göstərir”, – CPD bildirib.
Bundan başqa, Avropada Birinci Kanal, “Rossiya 1” və “İzvestiya”nın Telegram kanalları da bloklanıb. RosSMI həmçinin paylaşıb ki, bütün bu kanallar Hollandiya, Almaniya, Macarıstan, Litva və İspaniyada mövcud deyil. Təbliğat Telegram kanallarını açmağa cəhd edərkən istifadəçilər bu kanalların yerli qanunları pozduğuna dair bildiriş alırlar.
//Samir Qurbanov, Editor.az