Avropa Rusiyanın hücumuna hazırlaşır: 300 min NATO əsgəri Polşaya yerləşdirilirbackend

Avropa Rusiyanın hücumuna hazırlaşır: 300 min NATO əsgəri Polşaya yerləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

300 min NATO əsgəri Polşaya köçürülmək üçün yüksək səviyyədə hazırdır.

Editor.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Karol Dımanovski bildirib. O qeyd edib ki, onlar Polşa ərazisində “müharibə başlayandan sonra deyil, ondan əvvəl” yerləşdiriləcəklər.

“Əvvəllər 40 min əsgər NATO-nun qalxanı olmaq üçün təlim keçmişdisə, indi 300 min əsgər yüksək hazırlıq vəziyyətindədir. Bu əsgərlər ölkəyə müharibə başlayandan sonra deyil, ondan əvvəl gələcəklər”, – deyə Dımanovcki TVP-də bildirib. O vurğulayıb ki, NATO-nun Polşaya hərbi dəstəyi təkcə quru qoşunları ilə məhdudlaşmır. Amerika kontingentinin Polşada olmasından danışan Karol Dımanovski onların sayının 100 minə çatdırılmasını istisna etməyib.

Əvvəllər Polşada 10 minə yaxın amerikalı əsgərin yerləşdiyi bildirilirdi. “Amerika qoşunları Polşadadır. Bir neçə min Amerika əsgəri bizimlə daim məşq edir. Yadda saxlamalıyıq ki, amerikalılar və digər müttəfiqlər bizi təkcə yerdə deyil, həm də havada, kosmosda, kiberkosmosda dəstəkləyirlər”, – Baş Qərargah rəisinin müavini qeyd edib. ABŞ prezidenti Co Bayden bildirib ki, Polşa sərhədində Amerika kontingentinin artırılmasına ehtiyac yoxdur.

NATO-nun şərq cinahında 300 min əsgərin yerləşdirilməsi planı alyans üzvləri tərəfindən 2023-cü ilin iyulunda təsdiqlənib. Hərbi personalın göndərilməsi Rusiya ilə NATO arasında müharibə olacağı təqdirdə mümkün olacaq, – deyə “Bild” Almaniya Müdafiə Nazirliyinin hesabatlarına istinadən yazıb. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi münaqişə 2025-ci ilin yayında başlaya bilər.

NATO-nun baş katibi Yens Stoltenberq alyansın Rusiya ilə müharibə istəmədiyini dəfələrlə vurğulayıb.

//Samir Qurbanov, Editor.az