Avropa Rusiyaya qarşı yeni dağıdıcı sanksiyalar paketi hazırlayırbackend

Avropa Rusiyaya qarşı yeni dağıdıcı sanksiyalar paketi hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya və onun Avropalı müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyirlər. “Bloomberg” yazır ki, yeni cəza tədbirləri Moskvanı atəşkəslə razılaşmağa məcbur etmək məqsədi daşıyır.

Mətbuat konfransı zamanı Almaniya Federal Hökumətinin sözçüsü Stefan Kornelius bəyan edib ki, Berlin daim Rusiyaya qarşı sanksiyalar variantlarını öyrənir və nəzərdən keçirir. O bildirib ki, Avropa İttifaqı bu həftə 17-ci sanksiyalar paketini qəbul edəcək. Agentlik qeyd edib ki, Aİ-nin yeni sanksiyaları Ukraynanın müttəfiqlərinin Vladimir Putinə son təzyiq cəhdində Rusiyanın maliyyə sektorunu hədəf ala bilər. Jurnalistlər blokun Moskvanın müharibəsini dəstəkləyən üçüncü ölkə banklarına qarşı da sanksiyalar tətbiq etməyə hazırlaşdığını öyrəniblər.

Kornelius bildirib ki, ABŞ prezidenti Donald Tramp və Putin arasında bu gün, mayın 19-na planlaşdırılan telefon danışığının nəticəsi Vaşinqtonun Rusiyaya qarşı Avropa sanksiyalarına dəstək olub-olmayacağını müəyyən edəcək. O əlavə edib ki, Almaniya və müttəfiqləri dəfələrlə Rusiyanı qeyd-şərtsiz atəşkəslə razılaşmağa çağırıb.

//Samir Qurbanov, Editor.az