Avropa silahlanır: müdafiə sənayesi istehsalına fantastik məbləğ ayrıldıbackend

Avropa silahlanır: müdafiə sənayesi istehsalına fantastik məbləğ ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Şurası müdafiə sənayesi istehsalına investisiyalar üçün Birlik Silah Fondunun (SAFE) yaradılmasını təsdiqləyib. Fondun 150 milyard avro dəyərində olduğu təxmin edilir.

Şuranın press-relizində bu, həmçinin Aİ-yə Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək.
SAFE ilə Avropa ölkələri istehsal gücünü artırmağa və Aİ-nin “ümumi müdafiə hazırlığını” gücləndirməyə ümid edirlər. İştirakçı ölkələrə ödənişlər “rəqabətli qiymətlərlə” uzunmüddətli kreditlər şəklində həyata keçiriləcək.

Ukrayna, Avropa İqtisadi Bölgəsi (EEA) və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri də sorğu göndərə biləcək. SAFE Böyük Britaniya da daxil olmaqla ayrıca təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqavilələri imzalamış dövlətlər üçün açıq olacaq.

//Samir Qurbanov, Editor.az