Avropa şirkətləri Çindən uzaqlaşmağa başlayıbbackend

Avropa şirkətləri Çindən uzaqlaşmağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa şirkətləri öz bizneslərini inkişaf etdirmək üçün Çinə getdikcə daha az investisiya qoymaq istəyirlər.

Editor.az xəbər verir ki, bu barədə Avropa Ticarət Palatasının araşdırmasında qeyd edilib.

Sorğu iştirakçıları 2024-cü ildə Çində iş görmək imkanını son 20 ildə ən aşağı səviyyədə qiymətləndiriblər.
Respondentlərin dörddə biri cari artım potensialı ilə bağlı bədbinliklə yanaşıb, demək olar ki, yarısı (44%) isə gələcək perspektivlərə inanmadığını bildirib. Hazırda Avropa şirkətlərinin yalnız 13%-i Çini əsas investisiya hədəfi kimi görür. Pandemiya zamanı bu rəqəm daha da yüksək olub: 2020-ci ildə 19%, 2021-ci ildə 27%.

Palatanın prezidenti Yens Eskelund deyib: “Çin hökuməti tez-tez biznes mühitini yaxşılaşdırmaq niyyətini bildirsə də indi investorların etimadını bərpa etmək üçün konkret tədbirlər görməliyik”.

//Gülnarə Abasova, Editor.az