Avropa soyuq hava ilə əlaqədar aktiv şəkildə anbarlardan qazı çəkirbackend

Avropa soyuq hava ilə əlaqədar aktiv şəkildə anbarlardan qazı çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın yeraltı anbarlarındakı qaz ehtiyatları soyuq hava səbəbindən 80 faizdən aşağı düşüb.

Editor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Eyni zamanda havanın temperaturu aşağı düşdükcə rayona maye qazın verilməsi də bir qədər də artıb. “Gas Infrastructure Europe”un məlumatına görə, yanvarın 13-də Avropanın yeraltı qaz anbarlarından qazın götürülməsi 521 milyon kubmetr, vurulması isə cəmi 63 milyon kubmetr təşkil edib.Noyabrın 7-də istilik mövsümü başlayandan Aİ ölkələri təxminən 24,8 milyard kubmetr qaz çıxarıb.

Hazırda Avropada yeraltı anbarların doluluq nisbəti 79,72% təşkil edir. Bu, son beş ilin orta göstəricisindən 11,58 bənd yüksəkdir. Anbarda 87,85 milyard kubmetr qaz var. “Qazprom” Ukrayna ərazisindən tranzit keçən Sudja stansiyası vasitəsilə Avropaya sutkada 40,5 milyon kubmetr qaz tədarük edir. Bu, “Şimal axını”nın zədələnməsindən sonra qalan yeganə ixrac marşrutudur.

//Gülnarə Abasova, Editor.az