Avropa strukturlarının nümayəndələri də İstanbula getməyə hazırlaşırbackend

Avropa strukturlarının nümayəndələri də İstanbula getməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna tərəfinin danışıqlara hazır olmasını təmin etmək üçün Avropa strukturlarının nümayəndələri Moskva və Kiyev arasında görüş keçiriləcək İstanbula səfər edə bilərlər.

Editor.az bildirir ki, bu barədə “The Guardian” qəzeti yazır: “Ehtimal var ki, bəzi avropalı rəsmilər də Ukrayna danışıqlar qrupunun potensial əhəmiyyətli danışıqlara hazır olmasını təmin etmək üçün İstanbulda olacaqlar”, – nəşr yazır.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp da işarə etmişdi ki, o, Rusiya və Ukrayna arasında ehtimal edilən danışıqların keçiriləcəyi gün İstanbula səfər edə bilər.

Yada salaq ki, şənbədən bazara keçən gecə Vladimir Putin İstanbulda Ukrayna ilə danışıqlar prosesini bərpa etmək niyyətində olduğunu bəyan etmişdi. Ukrayna prezidenti Vladimir Zelenski də öz növbəsində Rusiya tərəfi ilə birbaşa görüşə razılıq verib. Moskva ilə Kiyev arasında danışıqların mayın 15-də başlayacağı gözlənilir.

//Samir Qurbanov, Editor.az