Avropa Şurası noyabrın 28-də Avropa Komissiyasının yeni tərkibini təsdiq edib.
Bu barədə Avropa Şurasının Mətbuat Xidməti məlumat yayıb.
“Avropa Şurası bu gün yazılı prosedurla Avropa Komissiyasının 2024-cü dekabrın 1-dən 2029-cu il oktyabrın 31-dək olan yeni tərkibini təsdiqlədi. Beləliklə, Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqı (Aİ) Komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi isə Kaya Kallas olacaq”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl, yəni noyabrın 27-də Avropa parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.