Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
“Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, – məlumatda deyilir.
Eyni zamanda, Avropa Şurası Nazirlər Komitəsi Minsklə istənilən texniki əməkdaşlığı dayandırmaq niyyətindədir.
Trend

