Avropa Şurası komitəsi üzvlərinin Cənubi Qafqaza səfəri başlayıbbackend

Avropa Şurası komitəsi üzvlərinin Cənubi Qafqaza səfəri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası komitəsinin üzvləri bu gün Ermənistanın paytaxtına səfər edəcəklər.

Nümayəndə heyətinin tərkibinə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Burixin də daxildir. İki gün ərzində Avropa Şurasının nümayəndələri respublika rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.

Bundan əlavə, Avropa İttifaqından olan müşahidəçilərlə görüş nəzərdə tutulub. Səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinin, ölkədəki vəziyyətlə bağlı məsələrin də müzakirəsi planlaşdırılır. İrəvan səfərindən sonra nümayəndə heyəti Gürcüstanın paytaxtına gedəcək. Daha sonra AŞ Komitəsinin üzvləri Bakıya səfər edəcəklər.

//Samir Qurbanov, Editor.az