Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Gürcüstanda seçkiqabağı vəziyyəti qiymətləndirəcəkbackend

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Gürcüstanda seçkiqabağı vəziyyəti qiymətləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 6 nəfərlik nümayəndə heyətini qəbul edəcək.

Onlar sentyabrın 23-24-də ölkəyə gələrək seçki öncəsi siyasi vəziyyəti və seçki prosesini dəyərləndirəcəklər. Bu barədə məlumat təşkilatın portalında dərc olunub. “Tiflisdə nümayəndə heyəti Gürcüstan prezidenti Salome Zurabişvili, parlamentin sədri Şalva Papuaşvili, daxili işlər nazirinin müavini, parlament çoxluğu və müxalifətinin üzvləri, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri ilə görüşəcək”. – AŞPA-dan bildiriblər.

Bundan əlavə, onlar KİV, qeyri-hökumət təşkilatları, Korrupsiyaya Qarşı Mübarizə Bürosu və Milli Rabitə Komissiyasının nümayəndələri ilə görüşəcəklər. Nümayəndə heyətinə Avropa Parlamentinin üzvü Culian Bulay başçılıq edəcək.

//Samir Qurbanov, Editor.az