Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas avropalı diplomatlara Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə yaratmaq üçün Dəməşqə getməyi tapşırıb.
Dekabrın 16-da Brüsseldə keçiriləcək görüşdə Aİ xarici işlər nazirləri bu qarşılıqlı əlaqənin necə qurulacağını müzakirə edəcəklər. “Mən Suriyadakı yüksək səviyyəli avropalı diplomatlara yeni hökumət və yerlərdəki insanlarla əlaqə yaratmaq üçün Dəməşqə getməyi tapşırmışam”, – Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə deyib.
Nazirlər Aİ-nin yeni hakimiyyət orqanları ilə necə və hansı səviyyədə qarşılıqlı əlaqədə olacağını və “düzgün istiqamətdə hərəkət etsələr” blokun onlara nə təklif edə biləcəyini müzakirə edəcəklər. Kaya Kallas deyib ki, Aİ Suriyanın yeni hökumətini tanımaq deyil, ölkənin hansı istiqamətdə hərəkət etdiyini anlamaq üçün prioritet hesab edir. Brüssel əmin olmalıdır ki, Ərəb Respublikasında “vətəndaş müharibəsi, radikalizm, çoxsaylı azlıqlara zülm olmayacaq”. Bu arada Suriyanın keçid hökumətinin başçısı Məhəmməd əl-Bəşir ölkənin təhlükəsizliyini və sabitliyini bərpa etməyi əsas məqsəd adlandırıb.
//Samir Qurbanov, Editor.az