Rusiya Federasiyası Qərb ölkələrinin hazırlıqsızlığından istifadə edərək, onlara hərbi hücum etmək üçün 4-5 il gözləməyə bilər.
“n-tv” xəbər verir ki, bunu Berlində keçirilən konfransda Bundestaqın Xristian Demokratik İttifaqından olan deputatı, eyni zamanda Atlantik-Brücke (Alman-Amerika qarşılıqlı anlaşması və atlantizmi təşviq edən assosiasiya) rəhbərinin müavini Norbert Röttgen deyib. Röttgen hesab edir ki, Moskvanın yeni təcavüzü daha tez – bəlkə də iki-üç il ərzində başlaya bilər.
Putin Avropa ölkələrinin hələ də hərbi məqsədlərinə çatmamasından, Donald Trampın isə Amerika Birləşmiş Ştatlarında hakimiyyətdə olmasından istifadə edəcək: “Biz həddindən artıq zaman təzyiqi altındayıq və təcili olaraq müdafiə imkanlarımızı təkmilləşdirməliyik. Çünki vəziyyət rəsmi açıqlamaların göstərdiyindən daha sürətlə pisləşə və daha təhlükəli ola bilər”.
//Samir Qurbanov, Editor.az