İyun ayında keçiriləcək sammitə qədər Ukraynanın NATO-ya qəbulu ilə bağlı hər hansı irəliləyişin əldə olunması çox çətindir.
Editor.az bu barədə Euractiv-ə istinadla xəbər verib.
“Alyansın iyunda keçiriləcək sammitinə qədər Ukraynanın NATO-ya daxil olması ilə bağlı hər hansı irəliləyişin əldə olunacağı son dərəcə azdır”, – nəşr yazır.
Bildirilir ki, bir çox Avropa liderlərinin gözlədiyi kimi, Ukrayna rəhbərliyi qarşıdakı sammitdə əsas müzakirələrə dəvət edilməyib. Məqalə müəllifləri bunun ABŞ prezidenti Donald Trampı razı salmaq üçün edildiyini bildiriblər.
“ABŞ prezidenti Donald Trampı xoşbəxt etmək və sammitdəki fotoda ABŞ liderinin gülümsəməsini təmin etmək istəyi prioritet ola bilərdi”, – Euractiv bildirib.
Nəşr həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski üç dəfə NATO-nun illik sammitlərində iştirak edib. O, 2022-ci ildə Madriddə video bağlantı vasitəsilə iştirak edib, daha sonra 2023-cü ildə Vilnüsdə və 2024-cü ildə Vaşinqtonda keçirilən tədbirdə şəxsən iştirak edib.
Qeyd edək ki, NATO-nun sammiti bu il iyunun 24-25-də Haaqadakı Konqres binasında keçiriləcək. Təxminən 45 dövlət və hökumət başçısı, 45 xarici işlər və müdafiə naziri, təxminən 6000 nümayəndə heyətinin iştirakı gözlənilir.
Tramp Ukraynanı münaqişəyə aprelin sonunda başlamaqda ittiham edib. Onun sözlərinə görə, münaqişəyə səbəb ölkənin NATO-ya üzv olmaq istəyi olub. ABŞ lideri vurğulayıb ki, Ukrayna sülhə nail olmaq üçün alyansa üzvlüyünü unutmalıdır.
//Gülnarə Abasova, Editor.az