Editor.az bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Fox News”a deyib.
O, qoşunların mütləq cəbhə xəttində yerləşdirilməyəcəyini, lakin “zəmanət olaraq” iştirak edəcəklərini söyləyib. “Mən Avropadakı 30 lider və müttəfiqlərimizlə danışmışam, onların çoxu belə bir razılaşmanın bir hissəsi olmağa hazırdır. Makronun sözlərinə görə, bu ölkələr Rusiyanın razılaşmaları pozacağı təqdirdə ABŞ-dan dəstək siqnalı gözləyir.
Böyük Britaniyanın baş naziri Keir Starmer, WSJ-nin xəbər verdiyi kimi, fevralın 27-də ABŞ prezidenti Donald Trampa Britaniya və Fransa qoşunlarının Ukraynada yerləşdirilməsi planı layihəsini təqdim edəcək. Starmer Avropa sülhməramlıları təhlükə altında olarsa, ABŞ-ın dəstəyini almaq istəyir.
//Samir Qurbanov,Editor.az