Avropa Ukraynaya görə Rusiya ilə müharibəyə girməyəcəkbackend

Avropa Ukraynaya görə Rusiya ilə müharibəyə girməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələrinin Ukraynaya fəal dəstəyi Rusiya və rus xalqı ilə müharibə demək deyil.

Onun sözlərinə görə, Aİ ölkələri Ukrayna münaqişəsində sülhün əldə olunmasının tərəfdarıdır, lakin bu sülh Ukraynanın kapitulyasiyası demək olmamalıdır.

Editor.az bildirir ki, Makronun Drezdendəki bu çıxışı Yelisey sarayının mətbuat xidməti tərəfindən X sosial şəbəkəsində yayımlanıb. Bundan bir qədər əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski fransalı hərbi təlimatçıların Ukraynadakı təlim mərkəzlərində qanuni şəkildə işləyə biləcəkləri sənədləri imzaladığını açıqlamışdı. Onun sözlərinə görə, hərbçilər Ukrayna əsgərlərinə təlim keçəcək.

Bundan sonra Fransa Müdafiə Nazirliyi “BFM Business” telekanalına verdiyi şərhdə fransız əsgərlərinin Ukraynaya mümkün göndərilməsinin hələ də işlənib hazırlandığını və rəsmi olaraq təsdiqlənmədiyini bildirib.

//Samir Qurbanov, Editor.az